Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 103-cü Ayə

Surə 2
Ayə 103

Azərbaycan dilində tərcümə

Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər!
Əl-Bəqərə surəsi , 103-cü ayə
Əl-Bəqərə surəsi 103-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 103-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 103

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər onlar iman gətirib, təqvalı olsaydılar, Allahın yanındakı mükafat onlar üçün daha yaxşı olardı. Əgər agahlıqları olsaydı!”
Nöqtələr
Təqva təkcə pisliklərdən çəkinmək deyil, həm də yaxşılığa diqqət və riayətdir. Məsələn, "ittəqunnar” özünü oddan gözləmək, "ittəqullah” Allahın əmrlərinə diqqətli olmaqdır. "İttəqullah və ... ərham” ayəsində qohumlara diqqətli olmaq tapşırılır.
İmam Sadiq (ə) təqva haqqındakı sualın cavabında buyurmuşdur: "Təqva tikanlı yerdən keçərkən ehtiyatlı olmaq kimidir.”
Bildirişlər
1. Təkcə iman kifayət deyil. Təqva və ehtiyat da lazımdır.
2. İlahi mükafatların məhdudiyyəti yoxdur.
3. Allahın mükafatları çətindir. "Ləməsubə” sözündəki lam hərfi buna işarədir.
4. İlahi mükafat hər şeydən üstündür. "Xeyir” sözündən sonra heç nə deyilməməsi mütləq üstünlük nişanəsidir.