Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 126-cı Ayə

Surə 2
Ayə 126

Azərbaycan dilində tərcümə

(xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver.» Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»
Əl-Bəqərə surəsi , 126-cı ayə
Əl-Bəqərə surəsi 126-cı ayə
Tam Surə

Əl-Bəqərə surəsi 126-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 126

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Xatırla) o zaman ki, İbrahim dedi: "Pərvərdigara! Bunu əmin-amanlıq şəhəri qərar ver. Onun əhlinə, Allaha və axirət gününə iman gətirənlərə onun məsələlərindən ruzi ver. (Amma Allah) buyurdu: "Kafir olanlara (da) azca bəhrə verəcəyəm. Sonra onları qəhrlə odun əzabına doğru çəkəcəyəm. Necə də pis aqibətdir.”
Nöqtələr
Əvvəlki ayədə həzrət İbrahim öz nəsli üçün imamət məqamı istəmişdi. Allah isə onun cavabında buyurmuşdu ki, bu məqam zalımlara çatmaz. Bu ayədə isə həzrət İbrahim dünya ruzisini təkcə möminlər üçün istəyir. Amma Allah bu məhdudiyyəti qəbul etmir və kafirləri də maddi nemətlərdən məhrum qoymur. Yəni maddi ruzi mühüm deyil. Ona görə də həm iman əhlinə, həm də qeyrilərinə dünya neməti əta olunur. Amma mənəvi və ictimai məqamlar, rəhbərlik çox mühümdür və hər kəsə tapşırılmır.
Bildirişlər
1. Peyğəmbərlər xalqın doğru yola yönəldilməsi kimi mənəvi məsələlərdən əlavə, onların maddi ehtiyaclarına, əmin-amanlıqlarına da diqqət yetirmiş, bu yolda çalışmış və dua etmişlər.
2. Nemət o zaman ləzzətli, dadlı olur ki, əmin-aman, sakit bir fəzada nəsib olsun.
3. Duada başqalarını unutmayaq. Ayədə ruzi istənilərkən bütün əhali nəzərdə tutulur.
4. Allahın qaydası budur ki, müsəlman və kafir olmasından asılı olmayaraq, bütün xalqa ruzi versin. Bu qaydanı hətta həzrət İbrahimin duası da aradan götürə bilmir.
5. Dünyadakı naz-nemət Allahın insana məhəbbəti demək deyil.
6. Öz növünüzə (bir insana) kömək edərkən onun əqidəsi ilə işiniz olmasın.
7. Maddi ləzzətlər nə qədər çox olsa da, axirət nemətləri ilə müqayisədə cüzidir.