Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 244-cü Ayə

Surə 2
Ayə 244

Azərbaycan dilində tərcümə

Allah yolunda (düşmənlərlə) vuruşun və bilin ki, həqiqətən Allah eşidən və biləndir.
Əl-Bəqərə surəsi , 244-cü ayə
Əl-Bəqərə surəsi 244-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 244-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 244

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah yolunda savaşın. Bilin ki, Allah eşidən və biləndir.”
Nöqtələr
Əvvəlki ayədə oxuduq ki, savaşdan qaçmaqla ölümdən yaxa qurtarmaq olmaz. Allahın qəhr və qəzəbi minlərcə fərarini əhatə edə bilər. Ayədə buyurulur: Bir halda ki ölüm və həyat Onun əlindədir, Onun yolunda vuruşun və bilin ki, mükafatınız Onun yanında hifz olunmuşdur. Çünki O, sizin başınıza gələnlərdən agahdır.
Bildirişlər
1. Cihad və mübarizə Allah üçün və Allah yolunda olduqda dəyərlidir. İntiqam, güc nümayişi, istismar, fatehlik məqsədi ilə savaş müqəddəs deyil. Belə savaşlar ilahi və insani dəyərlərə ziddir.
2. Allah yolunda savaş həyat nemətinə şükürdür. Əvvəlki ayədə buyurulur: Allah onları diriltdi, amma şükür etmədilər. Bu ayədə isə belə buyurulur: Allah yolunda savaşın... Bəli, cihad şükrün bir növüdür.
3. Savaş meydanında duruş üçün ən mühüm amil insanın Allah hüzurunda olmasına diqqətdir.
4. Cihaddan qaçmaq üçün bəhanə axtarmayın. Çünki Allah sizin niyyətlərinizi bilir və bəhanələrinizdən xəbərdardır.