NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 277
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, iman gətirib yaxşı iş görənlər, namaz qılıb zəkat ödəyənlərin mükafatı Allahın yanındadır. Onlar üçün nə qorxu var, nə də qəmgin olarlar.”
Nöqtələr
Bu ayədə sələmçilərlə yanaşı, möminlərin də simasını təsvir edir. Möminlər saleh işlər görür, namaz qılır, zəkat ödəyirlər. Ayədə işarə olunur ki, cəmiyyətdən sələm köklərini qırmaq üçün imana, saleh əmələ diqqət, namaz və zəkatın bərpası bir zəminədir.
İnsanlar dörd dəstədir:
1. İman gətirib saleh iş görməyən fasiqlər;
2. İman gətirməmiş və saleh işdən uzaq olan kafirlər;
3. İman gətirdiyi halda saleh iş görməyən fasiqlər;
4. İman gətirmədikləri halda imanlı olduqlarını bildirən və zahirdə yaxşı işlər görən münafiqlər.
Sələmçilər Allahdan və xalqdan kənar düşdükləri halda, onlarla qarşı-qarşıya, iman gətirib saleh iş görən, namaz vasitəsi ilə Allahla əlaqə saxlayan, zəkat ödəməklə xalqa bağlanan möminlər dayanır.
Bildirişlər
1. İslam ibadi və fərdi məsələlərlə yanaşı iqtisadi və ictimai məsələlərə də diqqət yetirir. Namaz və zəkat yanaşı bəyan olunmuşdur.
2. Saleh əməldən sonra namaz və zəkatın zikr olunması göstərir ki, bəyənilmiş işlər arasında bu iki işin hesabı ayrıdır.
3. Bəd əməl sahiblərinin hədələnməsinin ardınca saleh əməl sahiblərinin təşviq olunması bir tərbiyə üsuludur.
4. Agah o insandır ki, öz hesab-kitabında bu gün əlində olanı saymaqla kifayətlənməyib, Allahın yanında toplanan ehtiyatına da diqqət yetirsin.
5. Allahın saleh əməl sahibi olan, namaz qılıb zəkat ödəyən möminlərə xüsusi diqqəti var. "Rəbbihim” sözü Allahın xüsusi lütfünə işarədir.
6. İlahi vədlər saleh əməl üçün bir stimuldur.
7. Həqiqi əmniyyət və aramlıq iman, saleh əməl, Allah və xalqla bağlılıq sayəsində əldə olunur.
8. Aramlıq amili iman, saleh əməl, namaz və zəkatdır.