Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 283-cü Ayə

Surə 2
Ayə 283

Azərbaycan dilində tərcümə

Əgər səfərdə olsanız və katib tapmasanız (sənəd və şahidin əvəzi) alınmış girovlardır. Əgər sizdən kimsə digər birinə inansa (və girov almasa), gərək inanılan şəxs əmanətini (borcunu) qaytarsın və Rəbbi olan Allahdan qorxsun. (Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır. Allah əməllərinizi biləndir.
Əl-Bəqərə surəsi , 283-cü ayə
Əl-Bəqərə surəsi 283-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 283-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 283

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Əgər səfərdə olsanız və katib tapmasanız, vəsiqə girov alın. Əgər bir-birinizə əminsinizsə (vəsiqə lazım deyil.) Əmin sayılan kəs əmanəti qaytarsın və Rəbbi olan Allahdan çəkinsin. Şəhadəti gizlətməyin. Hər kəs şəhadəti gizlətsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah etdiyiniz işləri biləndir.”
Nöqtələr
Əgər borc sənədi hazırlamaq üçün katib tapılmazsa, borcludan girov və ya vəsiqə almaq olar. Bunun üçün səfərdə olub-olmamağın fərqi yoxdur. Ayədəki ifadə tərzi göstərir ki, adətən, insan səfərdə olarkən çətinliklərlə rastlaşır. "Ölüm sorağınıza gəldiyi vaxt vəsiyyət edin” ifadəsini xatırlayın. Təbii ki, vəsiyyət ölüm məqamına xas deyil. Amma ölüm qabağı vaxt vəsiyyət üçün son fürsətdir.
Bildirişlər
1. Ələ götürmək və ixtiyarda olmaq vəsiqənin şərtidir. İmam Baqir (ə) buyurmuşdur: "Qəbzsiz girov qoyulmur.”["Bəqərə”, 283.]
2. Tələb müqabilində vəsiqə alın.
3. Hökmlərdə fərdlərin yeri müxtəlifdir. Etibarlı şəxsə girovsuz, etibarsız şəxsə isə girovla verilir.
4. Müamilələr zamanı etibarların itməsinə yol verməyin. Girov götürməyin fəlsəfəsi arxayınlıqdır. Əgər girov qoyulmadan arxayınlıq yaranırsa, girov qoymaq zəruri olmur.
5. Xalqın haqlarından xəbərdar insanlar məzlumlar qarşısında məsuliyyət daşıyır.
6. Haqqı demək zəruri olan yerdə susmaq haramdır.
7. Daxili çaşqınlıq zahiri çaşqınlığa səbəb olur. Günahkar qəlb şahidliyin gizlədilməsi səbəbidir.
8. Allahın hər işdən xəbərdar olması iman, təqva və həqiqətlərin bəyan səbəbidir.