Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 39-cu Ayə

Surə 2
Ayə 39

Azərbaycan dilində tərcümə

. «Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.»
Əl-Bəqərə surəsi , 39-cu ayə
Əl-Bəqərə surəsi 39-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
39. وَالَّذِينَ كَفَرواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُولَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
"Amma o kəslər ki, kafir oldular və Mənim ayələrimi təkzib etdilər, onlardır cəhənnəm əhli və daim orada qalacaqlar.”
Nöqtələr
Adəmin öz xətasını etiraf etməsi və tövbə qılması onun Allah tərəfindən bağışlanmasına səbəb olsa da, o, tövbədən sonra behiştə qayıtmadı. Çünki büdrəmənin əsərləri başqadır, ilahi əfv başqa! Bir neçə ayə qabaq eniş əmri həm də qəhrin bir növü idi. Amma bu ayə Adəmin tövbəsindən sonra nazil olduğu üçün adi şəkildə bəyan olunmuşdur. Həmçinin ümidvar edir ki, əgər ilahi hidayətə tabe olsalar, hüzn və qəmləri olmayacaq.
Bildirişlər
1. Bəzən bir hərəkətin müsbət və mənfi təsir dairəsi bütün əsrləri və nəsilləri əhatə edir.
2. Bir büdrəmə və xəta ilə kimsəni rədd etmək olmaz. Çünki insan düzəlmək və hidayət olmaq xüsusiyyətinə malikdir.
3. Bəşərin hidayəti, doğru yola yönəldilməsi üçün peyğəmbərlərin gəlişi qətidir.
4. Gerçək hidayət yalnız Allah tərəfindəndir.
5. Gerçək əmniyyət və aramlıq dinə və ilahi göstərişlərə tabeçilik sayəsində hasil olur.