Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 42-ci Ayə

Surə 2
Ayə 42

Azərbaycan dilində tərcümə

Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.
Əl-Bəqərə surəsi , 42-ci ayə
Əl-Bəqərə surəsi 42-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 42-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 42

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
42. وَلاَ تَلْبِسُواْ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُواْ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
"Haqqı batillə pərdələməyin və həqiqəti bildiyiniz halda onu gizlətməyin.”
Nöqtələr
"Lubs” sözü "örtmək” və "ləbs” sözü "şəkk-şübhə” deməkdir.
İnsanın başqa varlıqlardan üstünlüyü onun xəbərdarlığı, mərifəti və agahlığıdır. Şəkk-şübhə, vəsvəsə yaratmaqla haqqı xalqdan gizlədənlər, əslində onların yeganə imtiyazını əlindən alırlar. Bu ən böyük zülmdür.
Həzrət Əli (ə) buyurur: "Əgər batil xalis şəkildə (olduğu kimi) bəyan olunsa, nigarançılıq yoxdur. (Bu halda xalq həqiqəti bilər və batili tərk edər.) Həqiqət də xalis şəkildə bəyan olunsa, müxalifin dili bağlanar. Amma təhlükə oradadır ki, haqq və batil bir-birinə qarışdırılıb və birindən bir hissəsi elə göstərilir ki, şeytanın öz havadarlarına, hakimiyyətinə zəmin yaransın.”(Nümunə”, c. 1, s. 214. )
Bildirişlər
1. Nə haqqı batilə qatışdırıb onu dəyişək, nə də batili haqq libasında göstərək!
2. İnsanın haqqı pərdələməsinin ən üstün şahidi vicdan və fitrətdir.