NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
47. يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ
"Ey Bəni-İsrail! Sizə ruzi etdiyim nemətləri yada salın və bunu ki, Mən sizə dünyadakılardan üstünlük verdim.”
Nöqtələr
Bu ayədə həzrət Yaqubun övladlarından və nəslindən istənilir ki, Allahı daha yaxşı tanımaq və şükür ruhiyyəsini diriltmək üçün həmin nemətləri yada salsınlar. Əlbəttə ki, Bəni-İsrail öz zamanının xalqlarından üstün və fəzilətli idi. Çünki Quran müsəlmanlar haqqında buyurmuşdur: "Siz ümmətlərin ən üstünüsünüz.”("Casiyə”, 16. ) Bəlkə də üstünlük dedikdə, həzrət Musanın və Bəni-İsrail qövmünün fironçulara qalib gəlməsi nəzərdə tutulmuşdur. Bu üstünlük əxlaqi və etiqadi üstünlük olmaya da bilər.("Bəqərə”, 166. )Çünki Quran dəfələrlə onların bəhanəçiliyini və etiqadsızlığını tənqid etmişdir.
Bildirişlər
1. Nemət və fəzilət Allahın əlindədir.
2. Zalımın hakimiyyətindən qurtuluş böyük ilahi nemətlərdəndir.