Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 50-cu Ayə

Surə 2
Ayə 50

Azərbaycan dilində tərcümə

(yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq.
Əl-Bəqərə surəsi , 50-cu ayə
Əl-Bəqərə surəsi 50-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 50-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 50

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
50. وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ
"Sizin üçün dəryanı yardığımız, sizə nicat verdiyimiz və gözləriniz qarşısında fironçuları qərq etdiyimiz zamanı (xatırlayın)”.
Nöqtələr
Bəni-İsrailin Nil çayından keçmə macərası Quranın bir neçə ayəsində bəyan olunmuşdur.("Ə`raf”, 142; "Taha”, 86. ) Allah həzrət Musanın öz əsasını yerə vurması ilə suyu yarıb onları dənizə oxşar Nildən keçirdi.
Bu ayədə üç ilahi möcüzə ardıcıl şəkildə bəyan olunmuşdur: dəryanın yarılması, bəni-İsrailin nicat tapması, fironçuların qərq olması.
Bildirişlər
1. Vasitələrin rolu Allahın hikmətamiz iradəsindən asılıdır. Musanın bəzən daşdan su çıxaran əsası var. Bəzən də suya girib onun arasından yol açır.
2. Qaranlıq gecənin sonu bəyazdır. Bəni-İsrail bütün işkəncələrdən və bəlalardan sonra rifah və qurtuluşa çatdı.
3. Məzlumların hüzurunda zalımlardan intiqam alınması onlar üçün bir məlhəmdir.