Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 63-cü Ayə

Surə 2
Ayə 63

Azərbaycan dilində tərcümə

(yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə ucaltdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi əzmlə, möhkəm iradə ilə qəbul edin və orada olanları (əməl etmək üçün) xatırlayın, bəlkə təqvalı olasınız».
Əl-Bəqərə surəsi , 63-cü ayə
Əl-Bəqərə surəsi 63-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 63-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 63

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Yad et) o zaman ki, sizdən əhd aldıq və Tur dağını sizin fövqünüzə qaldırdıq. (Və dedik) sizə verdiyimizi qüdrətli tutun və onda olanları yadda saxlayın. Bəlkə, pəhrizkarlardan olasınız.”
Nöqtələr
Tur dağının yerindən qoparılıb yəhudilərin başı üstünə qaldırılması Quranın bəzi surələrində bəyan olunmuşdur.("Bəqərə”, 40, 82; "Maidə”, 12. ) Bu ayədə haqqında danışılan əhd-peyman "Bəqərə” və "Maidə” surələrindəki peyman da ola bilər.("Ə`raf”, 163, 166)
Bildirişlər
1. Nümunə götürmək əməl amillərindən biridir.
2. Allah həm peyğəmbər göndərmək, həm də xariqüladə işlər nümayiş etdirməklə xalqa höccəti tamamlayır, bəhanə yeri qoymur.
3. Qürur və inad ruhunu qırmaq üçün hədə tərbiyə üsullarından biridir.
4. İnqilabi nailiyyətləri güc və qüdrətlə hifz etmək olar. Fironun hakimiyyətindən qurtulmaq, əsirlikdən azad olmaq nailiyyət idi.
5. İlahi ayə və hökmlərə əməl ciddilik, eşq və möhkəmliklə müşayiət olunmalıdır. İlahi vəzifələrin icrasında zarafata, adətkərdəliyə, şəkkə və şan-şöhrətə yol vermək olmaz.
6. Dini maarif tədris və təbliğlə xalqın zehnində diri saxlanılmalıdır.
7. İlahi ayələrin zikri və onlar haqqında düşüncə təqva üçün zəmin yaradır.