NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 110
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Necə ki, əvvəldə iman gətirməmişdilər, bu dəfə də qəlblərini və gözlərini dolaşdırar, onları tüğyanlarının içində başlı-başına buraxarıq ki, avara qalsınlar.”
Bildirişlər
1. İnadkar insanların qəlb dolaşıqlığı ilahi sünnədir.
2. Allaha və peyğəmbərliyə iman üçün qəlb sağlam olmalıdır.
3. Günah və inadkarlıq insanın baxışını dolaşdırır.
4. Övliyaların möcüzələrini görüb iman gətirməyənlər başqa möcüzələr istəməməlidir.
5. Allah "müqəllibəl-qülub” (qəlbləri çevirən) olsa da, iman və ya küfr yolunu seçməklə qəlb halını müəyyənləşdirən insandır.
6. Tüğyan küfrün köküdür.
7. Allah tərəfindən başlı-başına buraxılan şəxs avara qalar.