Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 113-cü Ayə

Surə 6
Ayə 113

Azərbaycan dilində tərcümə

(İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.
Əl-Ənam ‏ surəsi , 113-cü ayə
Əl-Ənam ‏ surəsi 113-cü ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 113-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 113

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Şeytanlar öz aldadıcı sözlərini xalqa oxuyurlar ki,) Qiyamətə imanı olmayanların qəlb qulağı həmin sözlərə meyl etsin, onu bəyənsin və ələ keçirmək istədiklərini qazansınlar.”
Nöqtələr
"Təsğa” "səğv” sözündən olub təmayül mənasını bildirir. Bu meyl eşitmək vasitəsi ilə hasil olur.
"İqtiraf” bir şeyin təhsili, kəsbi mənasını bildirir.
Bildirişlər
1. İnsanın doğru yoldan azması üçün vəsvəsələr və təbliğatlar kifayət etmir. Dinləmək, vurulmaq, təslim olmaq təsirlidir.
2. İnsanın axirətə inanmaması şeytanın ona nüfuz səbəbidir.