Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 135-ci Ayə

Surə 6
Ayə 135

Azərbaycan dilində tərcümə

De: «Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».
Əl-Ənam ‏ surəsi , 135-ci ayə
Əl-Ənam ‏ surəsi 135-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 135-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 135

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"De ki, ey mənim qövmüm! Öz yerinizə və yolunuza əməl edin ki, mən də (öz yolum əsasında) əməl edim. Tezliklə biləcəksiniz ki, nəhayət o saray kimindir. Həqiqətən, zalımlar nicat tapmaz.”

Bildirişlər
1. İslam peyğəmbəri tutduğu yolun doğruluğuna əmin olduğundan ona əmr olunmuşdur ki, rəftarlarında öz qətiyyətini başqalarına elan etsin.
2. Xalqın boyun qaçırması peyğəmbərlərin vəzifəsini dəyişmir.
3. Xalqın taleyi onların öz əməllərindən asılıdır.
4. Müvəffəqiyyət meyarı ötəri görüntülər və səylər yox, gözəl sonluqdur.
5. Zalım nicat tapmaz.
6. Allah və peyğəmbər yolundan üz döndərmək zülmdür.