Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 147-ci Ayə

Surə 6
Ayə 147

Azərbaycan dilində tərcümə

Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».
Əl-Ənam ‏ surəsi , 147-ci ayə
Əl-Ənam ‏ surəsi 147-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 147-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 147

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"(Ey peyğəmbər!) Əgər səni təkzib etdilərsə, de ki, Allahınız geniş rəhmət sahibidir. (Amma) Onun əzabı günahkar qövmdən dəf olmaz.”

Bildirişlər

1. Rəhbər bəzi insanlardan təkzib və böhtan eşitməyə hazır olmalıdır.

2. Təkzib edənlərlə öncə xeyirxahlıqla rəftar edilməli, əgər təsir olmasa hədələmədən istifadə olunmalıdır.

3. Tərbiyəçi rəhmət dəryası olmalıdır.

4. Qorxu və ümid yanaşı olduqda səmərə verir.

5. İlahi rəhmət qapıları hətta müxaliflərin də üzünə bağlı deyil.

6. Allahın rəhməti Onun qəzəbindən çoxdur.

7. İlahi rəhmətin genişliyi Allahın cəza verməsinə mane olmur. Əlbəttə ki, Allahın cəzası da insanın tərbiyəsi üçündür və ilahi rəhmət və rübubiyyətdən qaynaqlanır.