NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 165
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Odur sizi yer üzünə canişin qərar verən, bəzilərinizin dərəcəsini bəzilərinizin dərəcəsindən üstün buyuran. Bununla sizə verdiklərinə münasibətdə sizi sınayır. Həqiqətən, Rəbbin tez cəzalandırandır. Şübhəsiz ki, O, bağışlayan və mehribandır.”
Nöqtələr
"Ənam” surəsi ilahi həmdlə başladı və ilahi rəhmətlə başa çatdı.
Yer üzünün canişinləri dedikdə, ya Allahın yer üzündəki canişinləri, ya da bugünkü insanın keçən ümmətlərə canişin olması nəzərdə tutulur.
Bildirişlər
1. İnsan Allahın xəlifəsi, yer üzünün əmiridir. Onu varlığın əsiri saymayın.
2. İnsanlar arasındakı fərqlər və ilahi sınaqlar hikmətə əsaslanır, xalqın inkişaf və tərbiyəsi yolundadır, Allahın rübubiyyətindən qaynaqlanır.
3. Verilən nemətlərin arasındakı fərq kiminsə üstünlüyünü göstərmir, sadəcə, sınaq vasitəsidir.
4. Nəyimiz varsa, onu Allahdan bilək.
5. İnsana verilənlər və onun imkanları, sadəcə, imtahan dərəcəsini göstərir.
6. Sınaq başa çatdıqdan sonra Allah rədd olunmuşlarla tez hesab çəkər, əməli qəbul olunanlarla mərhəmətli davranar.
7. Ümid və qorxu yanaşı olmalıdır.