Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 28-ci Ayə

Surə 6
Ayə 28

Azərbaycan dilində tərcümə

(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.
Əl-Ənam ‏ surəsi , 28-ci ayə
Əl-Ənam ‏ surəsi 28-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 28-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 28

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Belə deyil,) əksinə, əvvəllər gizlədikləri (həmin gün) onlar üçün aşkar olub. Əgər onlar (öz arzularına əsasən) dünyaya qaytarılsalar, şübhəsiz, yenə də qadağan olunanlara qayıdarlar. Onlar həqiqətən yalançıdırlar.”
Nöqtələr
Qiyamət günü xalqın gizli sirlərinin aşkar olduğu gündür. Quran bu həqiqətə dəfələrlə işarə etmişdir. 
Bildirişlər
1. Qiyamətdə insanların bütün sirləri və gizli işləri açılar.
2. Axirətdən dünyaya qayıtmaq mahaldır (mümkünsüzdür).
3. Bəzilərinin islah olacağına heç bir ümid yoxdur. Onlara fürsət verildikdə yenə də əvvəlki halda qalırlar.
(Bəli, insan dünyada hər dəfə çətinliklərlə qarşılaşdıqda peşman olur, amma rahatlığa çıxan kimi verdiyi sözləri unudur.)
4. Yalançılıq insanda xasiyyətə çevrildikdə, o, qiyamətdə də yalan danışır. 23-cü ayədə bu məsələyə işarə olundu.