NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Sənin dəvətini) yalnız eşidən qulağı olanlar qəbul edər. (Yaxınlaşmayan kafirlər) Qiyamət günü Allahın ayağa qaldıracağı və hamısı Ona doğru qaytarılacaq ölülərdir.”
Nöqtələr
Quran iman gətirməyənləri dəfələrlə ölü və kar kimi yad edir. "Nəml” surəsinin 80-cı və "Rum” surəsinin 52-ci ayələrində bu təbirlərlə rastlaşırıq.
Bildirişlər
1. İnsan yol seçimində azaddır.
2. Həqiqəti dinləmək və onu qəbul etmək mənəvi həyat və qəlbin diriliyi nişanəsidir.
(Bəli, mənəvi həyatı olmayan, haqqı qəbul etməyən insan ölüdür. Çünki yemək və yatmaq mənasında heyvanlar da yaşayır.)
3. Allah buyurur ki, haqqı axtaran qəlblər sənin, kafirlər isə Mənim öhdəmə, qiyamətdən sonra onlarla hesab çəkərəm.