Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 45-ci Ayə

Surə 6
Ayə 45

Azərbaycan dilində tərcümə

Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.
Əl-Ənam ‏ surəsi , 45-ci ayə
Əl-Ənam ‏ surəsi 45-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 45-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 45

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sitəmkar qövmün kökü kəsildi. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Zalımın yaşamasını istəyən kəs əslində Allaha itaətsizliyi istəmişdir. Həqiqətən, Allah zalımları həlak etdiyi üçün Özünü öymüşdür. 
Bildirişlər
1. Zülm ötəridir.
2. Zülm nəsilə də təsir göstərir.
3. Zalımların məhvi qaçılmazdır. (Zülm niyyətləri məhv edir.) 
4. Peyğəmbərlərin xəbərdarlıqlarına diqqətsizlik zülmdür.
5. Bəzən bolluq və rifah zülmə şərait yaradır.
6. Tarixə adı düşmüş bəzi qövmlərin bu gün izi-tozu belə yoxdur.
7. Zalımın məhv edilməsi bəyənilmiş işdir.
8. Zalımlar məhv olan zaman Allaha şükür etməliyik.
9. Zalımların məhvi başqaları üçün tərbiyə amilidir.