Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 49-cu Ayə

Surə 6
Ayə 49

Azərbaycan dilində tərcümə

Bizim ayə və nişanələrimizi təkzib edənlərə itaətsizliklərinin cəzası olaraq əzab yetişəcəkdir.
Əl-Ənam ‏ surəsi , 49-cu ayə
Əl-Ənam ‏ surəsi 49-cu ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 49-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 49

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ayələrimizi təkzib edənləri günahlarına xatir ilahi əzab yaxalayar.”
Nöqtələr
Sual: Çoxsaylı ayələrdə ilahi övliyalar üçün heç bir qorxu olmadığı bildirilsə də, Allah qorxusu övliyalıq xüsusiyyətlərindən sayılır. Bunu necə izah etmək olar?
Cavab: Bəzən xəstə cərrahi əməliyyatdan qorxsa da, həkim onu arxayınlaşdırır. Həkim xəstəni inandırır ki, qorxu üçün heç bir səbəb yoxdur. Bununla belə, xəstə nigarançılıqdan xilas ola bilmir. İkincisi, ayələrdəki təbirlərdən məlum olur ki, ilahi övliyalara qorxu hakim olmur. Yəni söhbət qorxunun tamamilə olmamasından yox, qorxunun hakim olmamasından gedir. Əgər Quranda övliyalara münasibətdə "onlar qəmlənməzlər” deyirlərsə, söhbət daimi qəmdən gedir. Bu təbirlərdən belə bir nəticə alınmır ki, övliyalar qətiyyən qəmlənməzlər.
Bildirişlər
1. Peyğəmbərlərin iş çərçivəsini yalnız Allah müəyyənləşdirir.
2. Peyğəmbərlərin işi məcburiyyət yox, müjdə və qorxutmadır.
3. Peyğəmbərlərin ümumi üsulu eyni olmuşdur.
4. Hidayət və tərbiyə qorxu və ümid, cəza və mükafat kimi iki əsas üzərində müəyyənləşmişdir.
5. İman və saleh əməl bir-birindən ayrı deyil. İman olmayan yerdə əməl də faydasızdır.
6. Mömin şəxs işlərini islah üzərində qurmalıdır.
7. Saleh olmaq kafi deyil, həm də islahedici olmaq lazımdır.
8. İman və saleh əməl insanı qorxu və qəm-qüssə kimi ruhi xəstəliklərdən hifz edir. (Psixoloji sağlamlıq iman və saleh əməl sayəsində əldə olunur.)
9. Peyğəmbər cəmiyyətinin nailiyyəti orta, aram və əmin-aman bir quruluşdur.
10. İnsan fitrətən aramlıq və əmin-amanlıq sorağındadır.
11. Günahı davam etdirmək ilahi əzaba zəmin yaradır.