Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 90-cu Ayə

Surə 6
Ayə 90

Azərbaycan dilində tərcümə

Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol. (Və camaata) de: «Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm). Bu (Qur’an) aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyil».
Əl-Ənam ‏ surəsi , 90-cu ayə
Əl-Ənam ‏ surəsi 90-cu ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 90-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 90

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar Allahın hidayət etdiyi kəslərdir. Onun hidayətinə tabe ol. (Ey peyğəmbər! Xalqa) de ki, mən buna (risalət və dəvətə) görə sizdən muzd istəmirəm. Bu Quran yalnız aləmdəkilər üçün bir xəbərdarlıqdır. (Mənim istədiyim yalnız aləmdəkilərin öyüd götürməsidir.)”
Nöqtələr
"İqtədih” sözündəki "ha” hərfi əvəzlik deyil və vəqfi bildirən bir hissədir.
Bildirişlər
1. Peyğəmbərlərin hidayətinə ardıcıllıq ilahi hidayətə iqtidadır.
2. İlahi övliyaların adı və yolu yaddan çıxarılmamalıdır. Hər hansı yenilik keçmişin dəyərini unutdurmamalıdır.
3. İnsanın dəyəri onun baxışı və əməli ilə təyin olunur.
4. Keçmiş dinlərin nəsx (ləğv) olunması o demək deyil ki, həmin dinlərin üsulları gücdən düşmüşdür. Peyğəmbərlərin ümumi üsul xətti davam etməlidir.
5. Müvəffəqiyyət arzusunda olan insan keçmiş nəsillərin kamilliklərindən, müsbət əxlaqından və üsulundan faydalanmalıdır.
6. Bütün peyğəmbərlərin məqsədi bir olmuşdur. (Çünki müxtəlif hədəflərə malik peyğəmbərlərə iqtida etmək mümkün deyil.)
7. Ardıcıllıq üçün dəlil lazımdır və onun nəticəsi hidayətə müvəffəqlik olmalıdır.
8. Təbliğatçı dünyaya vurğun olmamalı və dünyapərəstliyinə görə ittiham edilməməlidir.
9. Peyğəmbərlərin digər iddiaçılardan bir fərqi onların maddi hədəflər ardınca getməmələridir.
10. Peyğəmbərlər unutqan və qafil insanların haqqı xatırlamalarına səbəb olurlar.
11. İslam ümumbəşəri bir dindir.