Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 96-cı Ayə

Surə 6
Ayə 96

Azərbaycan dilində tərcümə

Sübhü yaran (da Allah)dır. O, gecəni rahatlanma mənbəyi, günəş və ayı (düzgün və dəqiq) hesablama üçün vasitə etmişdir (ki, yerin öz oxu və günəş ətrafında fırlanmasından günəş ili və ayı, ayın yer kürəsi ətrafında fırlanmasından isə qəməri ili və ayı yaranır). Budur O qüdrətli və bilənin ölçü və miqyası!
Əl-Ənam ‏ surəsi , 96-cı ayə
Əl-Ənam ‏ surəsi 96-cı ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 96-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 96

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Allah) dan yerini sökəndir, gecəni aramlıq üçün, günəşlə ayı (günlərin) say vasitəsi qərar vermişdir. Qüdrətli və bilən Allahın ölçü aparması belədir.”
Nöqtələr
"İsbah” sözü həm sübh, həm də gecənin ötüb sübhün açılması mənasını verir. Burada isə həmin söz sübh ağartısının görünməsinə işarədir.
Ötən ayədə Allahın yerdəki üç qüdrəti bəyan olunmuşdu. Bu ayədə Allahın səmadakı qüdrətinə nəzər salınır. Gecə və gündüz günəş və ayın nizamlı hərəkəti ilə ortaya çıxan ilahi qüdrət nişanəsidir.
Gecə istirahət üçündür. Gecə iş görmək, çalışmaq, səfərə çıxmaq məzəmmət edilmişdir.  Ayədə gecə aramlıq vaxtı sayıldığından, məlum olur ki, sübh iş və səy üçündür.
İmam Riza (ə) buyurmuşdur: "Evlənməni gecəyə müəyyənləşdirin. Çünki gecə və həyat yoldaşı hər ikisi sakitlik və rahatlıq vasitəsidir.”
Bildirişlər
1. Gecə və gündüzün ortaya çıxması bu işi dəqiq təqdir edən və ölçü ilə həyata keçirən qüdrət və biliyə ehtiyaclıdır.
2. Günəş və ay nizam, hesab və proqramlaşdırma vasitəsidir. (Bəlkə də bu ayədə günəş və ayın hesab vasitəsi kimi tanıtdırılması həm günəş (şəmsi), həm də ay (qəmər) təqviminin mötəbərliyini göstərir. Ya da hər iki ölçünün birlikdə dəqiq hesab rəmzi olduğu nəzərə çatdırılır. Necə ki, "Zeyd ədalətdir” cümləsi Zeydin tamamilə ədalətli olduğunu göstərir.
3. Dəqiq proqramlaşdırma və kamil icranın elm və qüdrətə ehtiyacı var.
4. Səma cisimlərinin dəqiq nizamı haqqında düşüncə allahşünaslıq yoludur.