Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 99-cu Ayə

Surə 6
Ayə 99

Azərbaycan dilində tərcümə

Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.
Əl-Ənam ‏ surəsi , 99-cu ayə
Əl-Ənam ‏ surəsi 99-cu ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 99-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 99

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Səmadan su nazil edən Odur. Onun vasitəsi ilə hər cür otlar çıxardıq və ondan bitkilər cücərtdik. Ondan (bitkilərdən) bir-birinə oturmuş və biçilən dənlər çıxardıq. Xurma qönçələrindən bir-birinə yaxın salxımlar (ərsəyə gətirdik) və üzüm, zeytun, nar bağları (yetirdik), bəziləri bir-birinə oxşar, bəziləri isə yox. Bar verdiyi və meyvəsi yetişən zaman ona bax. Həqiqətən, onda imanlı qövmü üçün nişanələr var.”
Nöqtələr
Əvvəlki ayədə buyuruldu: "Bütün insanlar vahid bir nəfsdəndirlər. Bu ayədə buyurulur: "Bütün otlar, ağaclar və meyvələr eyni bir çeşmədəndir və o yağış suyudur.”
"Mutərakib” sözü "rükub” sözündən olub bir-birinə sıxılmış, üst-üstə minmiş meyvələr mənasını bildirir. "Təl” xurmanın birbaş salxımı, "qinvan” isə sonradan xurma salxımını təşkil edən nazik iplərdir. "Daniyə” bir-birinə yaxın və ya yerə yaxın, eləcə də, ağırlıqdan yerə yaxınlaşmış salxıma deyilir. "Mütəşabeh” dedikdə ya zahirən bir-birinə bənzər ağaclar, ya da bir-birinə bənzər meyvələr nəzərdə tutulur.
Bu və bundan əvvəlki iki ayədə ardıcıl olaraq üç təbir işlənildi: "bilən”, "anlayan”, "iman gətirən” qövm. Dördüncü bildirişdə bunun səbəbi bəyan olundu.
Bildirişlər
1. Bütün otların və nəbatatın cücərmə səbəbi yağış suyudur.
2. Həm yağış yağması, həm də ot və meyvələrin cücərməsi Allahın işidir.
3. İnsanın meyvələrlə əlaqəsi təkcə maddi əlaqə deyil. Bu həm də fikrən tövhidi bir əlaqədir.
4. Ulduzlardan istifadə üçün elm və ixtisas lazımdır. Bəşər karvanının bir nəfsdən olmasını və bu karvanın davamlı və davamsız şəkildə cərəyanını anlamaq üçün dərin düşüncə lazımdır. Ot, yağış və meyvələrdən mənəvi bəhrələnmənin dərk olunması və bütün varlıq aləminin Allaha bağlılığından xəbərsiz qalmamaq üçün iman tələb olunur.