NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 10
“Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin üçün xəbərdarlıq var. Yoxsa düşünmürsünüz?!”
Nöqtələr
“Zikrukum” sözü ya xəbərdarlıq vasitəsi, ya da izzət səbəbi mənasını bildirir. “Zikr” sözünün şərafət və şöhrət kimi lüğət mənaları da var. İmam Kazim (ə) bu ayə haqqında buyurur: “Fihi zikrukum,” yəni kitabda zikr olunmuşdur ki, peyğəmbərdən sonra imama itaət olunur.” Yəni peyğəmbərdən sonra imama itaət sizin üçün izzət və şərəfdir.
Bildirişlər
Kitab və qanun Allah tərəfindən insan üçün inkişaf və oyanış vasitəsidir.
Quran yüksək mövqe, uca məqama malikdir.
Səmavi kitabın nazil olmasının bir səbəbi də insanlara xəbərdarlıq və onlara kəramət bəxş etməkdir.
İnsanın keçmişi, bu günü və gələcəyi Quranda xəbər verilir.
Ərəb qövmü və Hicaz məmləkəti Quranın bərəkəti ilə əziz və məşhur olmuşdur.
İnsanlar dərindən düşünsələr, hökmən vəhy və səmavi kitaba əl açarlar.
İnsanların inkişaf üçün fitri meyllərindən istifadə edək. (Xoş xatırlanmasını istəyən insan Allahın uyğun buyruğunu nəzərə almalıdır: “Adınız qalsın deyə sizə kitab göndərdik.”)
Peyğəmbərlərin təkzibi düşüncəsizlikdir. Çünki Quran maarifi əqlə uyğundur.