Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 100-cu Ayə

Surə 21
Ayə 100

Azərbaycan dilində tərcümə

Onlar orada möhkəm ah-nalə edərlər və (qoxrudan, əzabın şiddətindən və dünyada haqqı eşitməməyin cəzası olaraq) heç nə eşitməzlər.
Əl-Ənbiya surəsi , 100-cu ayə
Əl-Ənbiya surəsi 100-cu ayə
Tam Surə

Əl-Ənbiya surəsi 100-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 100

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Onlar cəhənnəmdə ah-nalə, fəryad içindədirlər və orada (heç bir cavab) eşitməzlər.”

Bildirişlər

  1. Allahdan qeyrisinə könül verməyək. Taleyimizi uydurma və aciz tanrılara tapşırmayaq.

  2. Acizlik və məhkumluq Allahlıq məqamına uyğun deyil.

  3. Şirkə görə verilən əzab əbədi əzabdır.

  4. Cəhənnəm cavabsız qalacaq fəryadlar məkanıdır.

  5. Ah-nalə və fəryadların cavabsız qalması özü də cəhənnəm əhli üçün bir işgəncədir.