Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 11-cü Ayə

Surə 21
Ayə 11

Azərbaycan dilində tərcümə

Biz (şirk, küfr və günahlarda həddi aşmış) neçə-neçə zalım insan cəmiyyətlərini sarsıdıb məhv etdik və onlardan sonra başqa qövmlər yaratdıq.
Əl-Ənbiya surəsi , 11-cü ayə
Əl-Ənbiya surəsi 11-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 11-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 11

MÖHSÜN QƏRAƏTİ
05.05.2026

“Biz insanları zalım olan bir çox abadlıqları məhv etdik. Onlardan sonra başqa bir qövm yaratdıq.”

Bildirişlər

  1. Zülmün ardınca insanların məhvi ilahi bir sünnədir.

  2. İlahi qanunu pozan hər kəs məhvə məhkumdur.

  3. İnsanlar talelərini özləri müəyyənləşdirirlər.

  4. Əgər zülm adət şəklini alırsa, ilahi qəzəb nazil olasıdır. Amma zülm davamlı olmadıqda və insan ayılıb tövbə etdikdə uyğun qəzəb nazil olmur.

  5. Allah üçün məhv etməklə yaratmaq arasında fərq yoxdur, O, ehtiyacsızdır.