NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“(Peyğəmbər) dedi: «Pərvərdigara! (Sən özün bizim aramızda) haqq üzərində hökm ver. (Ey kafirlər, bilin ki,) hamımızın Rəbbi Rəhman Allahdır. Aid etdiyiniz sifətlər qarşısında Ondan kömək istənilər.»”
Bildirişlər
Bəzən inadkarlıq elə bir həddə çatır ki, aləmlərə rəhmət olan Peyğəmbər (s) nifrin etməyə məcbur olur.
Düşmənlərin inadkarlığı qarşısında Allahdan yardım alaq.
Duaya “Rəbb” sözü ilə başlayaq.
Rübubiyyət və mühakimə arasında yaxın bağlılıq var.
Hər şeydən xəbərdar olan mütləq alimin mühakiməsi haqdır.
Düşmənlərə münasibətdə də həddi aşmayaq. Artıq cəza istəməyək.
Hətta nifrin və cəza istəyərkən rəhməti yaddan çıxarmayaq, hamı üçün həmişəlik ümid bacası qoyaq.
Böhtanlar və hədyanlar cavabsız qalmayacaq. Unutmayaq ki, hər şey qeydə alınır. Tərif və tənqidlərimizə qarşı diqqətli olaq.