Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 15-ci Ayə

Surə 21
Ayə 15

Azərbaycan dilində tərcümə

Beləliklə onları (ot kimi) biçib (ölülər kimi) sakit edənə qədər o (ah-vayları) dillərində idi.
Əl-Ənbiya surəsi , 15-ci ayə
Əl-Ənbiya surəsi 15-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 15-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 15

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Biz onları qırıb, hərəkətdən salanadək daim bu sözləri deyirdilər.”

Nöqtələr

“Həsid” dedikdə “bitmək” mənası başa düşülür. “Xamid” sözü susmaq, dayanmaq mənasını bildirir. “Sorğuya çəkilərsiniz” cümləsi nəyə işarədir? Ola bilsin ki, bir-birinizi, ya fəqirlərin, ya da tarixin sizi sorğuya çəkməsi nəzərdə tutulur.

Bildirişlər

  1. Zülmkar cəmiyyətə əzab tədricən nazil olur. (Qəzəb nişanələrini görməklə hisslər də tədricən yaranır.)

  2. Kimsədə Allahın qəzəbi qarşısında dayanmaq gücü yoxdur. (Ən məğrur insanlar da təhlükə zamanı səhnədən qaçırlar.)

  3. Allahın qəzəbindən qaçmaq mümkünsüzdür.

  4. Eyş-işrət zülm və tüğyan üçün zəmin yarada bilər.

  5. Cəza günah baş verən yerdə icra olunmalıdır.

  6. Zülmkarlar nəhayət sorğuya çəkiləsidirlər.

  7. Zülmün sonu peşmançılıqdır.

  8. Sonda yatmış vicdanlar oyanası, inkarçılar həqiqəti etiraf edəsidirlər.

  9. Bəla nazil olan zaman ah-nalə fayda vermir.

  10. Küfr və zülm insan üçün ot kimi biçilmiş, qırılmış tale ərməğan gətirir.

  11. Qalmaqallı təbliğatlar, sitayişlər, yalanlar, hədələr Allah hüzurunda məhvə məhkumdur.

  12. Ardıcıl zülm ilahi əzabla sonuclanır.