Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 18-ci Ayə

Surə 21
Ayə 18

Azərbaycan dilində tərcümə

Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Qur’an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!
Əl-Ənbiya surəsi , 18-ci ayə
Əl-Ənbiya surəsi 18-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 18-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 18

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“(Yox, belə deyil,) Biz batilin beynini dağıtmaq üçün onu haqla vururuq, batil dərhal məhv olur. Vay olsun sizə, (Allaha) aid etdiyiniz sifətlərə görə!”

Nöqtələr

“Qəzf” dedikdə uzaqdan sürət və qüvvətlə atmaq mənası anlaşılır. “Dəmğ” sözü başa dəyib beynə təsir göstərən zərbə mənasını bildirir. “Vəyl” dedikdə əzab və məhv mənaları anlaşılır. Bu söz əzaba layiq olunduqda işlədilir.

Bildirişlər

  1. Haqqın batilə qələbəsi Allahın iradəsi və varlıq aləminin məqsədli olduğunu göstərən bir əlamətdir.

  2. Haqq batillə müdafiə mövqeyindən davranmamalıdır.

  3. Batilin məhvi ilahi sünnədir.

  4. Haqq batilə qalibdir.

  5. Haqqın cəbhədə hüzuru ilə batil məhv olur.

  6. Batillə mübarizədə sürət, qüdrət və məqsədyönümlülük prinsiplərinə riayət olunmalıdır.

  7. Batil yarımcan buraxılmamalı, tam surətdə məhv edilməlidir.

  8. Haqq qalası, batil gedəsidir.

  9. Batil hökumət Allahın verdiyi möhlət qanununa əsasən bir neçə gün yaşayır. Sonda isə təqvalılar və haqq əhli iqtidara çatır.

  10. Vay olsun yaranışı oyuncaq sayanlara!