Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 24-cü Ayə

Surə 21
Ayə 24

Azərbaycan dilində tərcümə

Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndərirlər.»
Əl-Ənbiya surəsi , 24-cü ayə
Əl-Ənbiya surəsi 24-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 24-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 24

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Yoxsa onlar (kafirlər) Allahın əvəzinə məbudlar qəbul etdilər? (Onlara) de ki, dəlilinizi gətirin. Bu (Quran), mənim ardıcıllarımın və məndən öncəkilərin zikridir. (Allahın şəriki olmamasını hamı yekdil olaraq qəbul edib,) amma insanların əksəri haqqı bilməz və (ondan) üz döndərər.”

Nöqtələr

Həzrət Əli (ə) buyurur: “Həqiqətən, Quranın Peyğəmbərə (s) nazil olması ilə, ötən peyğəmbərlərin, vəsilərin elmi, Qiyamətədək baş verəcək hadisələrin xəbəri ona çatdırılmış oldu.” Sonra həzrət hazırkı ayəni tilavət etdi.

Bildirişlər

  1. Bir Allahdan uzaqlaşan hər bir kəs çoxsaylı bütlərin tələsinə düşür.

  2. Peyğəmbər (s) xalqla dəlil əsasında danışmalı və onlardan dəlil tələb etməlidir.

  3. Tövhidin dəlilləri var. Şirk isə heç bir dəlilə əsaslanmır.

  4. Əqidə əsaslarını təqlid əsasında qəbul etmək olmaz.

  5. Bütün səmavi kitablar tövhidə çağırmışdır.

  6. Səmavi kitablar yatmış fitrətlərin oyanmasına, unudulmuş həqiqətlərin yada salınmasına səbəb olur.

  7. Cahiliyyət fəzasında çoxluğun nə istiqbalı, nə də arxa çevirməsi əhəmiyyət kəsb etmir.