NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Səmanı qorunmuş tavan qərar verdik. Onlar isə ondakı nişanələrdən üz döndərdilər.”
Bildirişlər
Səma hesablı və məqsədli yaradılmışdır.
Təkcə yer yox, göylər də hifz olunur. (Onların insanın üzərinə süqutunun qarşısı alınır.)
Səma həm hifz edəndir, həm də hifz olunan.
Səmada Allahın qüdrət və hikmət nişanələri var.
Allah insanı təkrar-təkrar Onun ayə və qüdrət nişanələrindən ibrət götürməyə çağırsa da, insan qəflət içində arxa çevirir.