Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 32-ci Ayə

Surə 21
Ayə 32

Azərbaycan dilində tərcümə

Və göyü (onların başı üzərində uçub dağılmaqdan, şeytan və cinlərin keçmələrindən) qorunmuş tavan (kimi) etdik. Halbuki onlar onun (Bizim onda olan qüdrət və əzəmətimizin) nişanələrindən üz döndərirlər.
Əl-Ənbiya surəsi , 32-ci ayə
Əl-Ənbiya surəsi 32-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 32-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 32

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Səmanı qorunmuş tavan qərar verdik. Onlar isə ondakı nişanələrdən üz döndərdilər.”

Bildirişlər

  1. Səma hesablı və məqsədli yaradılmışdır.

  2. Təkcə yer yox, göylər də hifz olunur. (Onların insanın üzərinə süqutunun qarşısı alınır.)

  3. Səma həm hifz edəndir, həm də hifz olunan.

  4. Səmada Allahın qüdrət və hikmət nişanələri var.

  5. Allah insanı təkrar-təkrar Onun ayə və qüdrət nişanələrindən ibrət götürməyə çağırsa da, insan qəflət içində arxa çevirir.