Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 36-cı Ayə

Surə 21
Ayə 36

Azərbaycan dilində tərcümə

Kafirlər səni görəndə ancaq məsxərə edir (və deyir)lər: «Sizin tanrılarınızı (tənə ilə) yad edən kəs budur?!» Halbuki onlar Rəhman olan Allahın zikrinə (Onun tovhid və kitabına) kafirdirlər (və bu işdən qorxub çəkinmirlər).
Əl-Ənbiya surəsi , 36-cı ayə
Əl-Ənbiya surəsi 36-cı ayə
Tam Surə

Əl-Ənbiya surəsi 36-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 36

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Kafirlər səni gördükdə işləri ancaq istehza olar. (Bir-birlərinə deyərlər:) «Budurmu sizin tanrınızı (pisliklə) yada salan?» Halbuki onlar özləri Rəhmanın zikrinə kafirdirlər.”

Bildirişlər

  1. Kafirlərin elmi və məntiqi sözü yoxdur, işləri məsxərə və təhqirdir. (İstehza əldə dəlil olmamasını göstərir.)

  2. Kafirlər Peyğəmbərin (s) əleyhinə xalqı qızışdırırdılar.

  3. Daxilən xəbisliyə mübtəla olan kəs ilahi rəhbərləri çox gördükcə daha da inadkarlaşır.