Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 39-cu Ayə

Surə 21
Ayə 39

Azərbaycan dilində tərcümə

Əgər küfr etmiş kəslər üzlərindən və arxalarından (Cəhənnəm) odu(nu) dəf edə bilməyəcəkləri və kömək də olunmayacaqları vaxtı bilsəydilər (əsla tələsməzdilər).
Əl-Ənbiya surəsi , 39-cu ayə
Əl-Ənbiya surəsi 39-cu ayə
Tam Surə

Əl-Ənbiya surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Əgər kafirlər bilsəydilər ki, həmin gün (çatan vaxt) alov şöləsini üzlərindən və arxalarından uzaqlaşdıra bilməzlər, kimsə onlara yardım göstərməz. (Bilsəydilər, Qiyamətə bu qədər tələsməzdilər.)”

Bildirişlər

  1. Tələskənliyin səbəbi cəhalətdir. (Əgər kafirlər bilsəydilər, tələsməzdilər.)

  2. Qiyamət çətinliklərindən xəbərdarlıq həqiqət və düşmənçiliyə mane olur.

  3. Küfr şəfaət üçün maneədir.

  4. Allahdan savay heç bir məbud yardım göstərmək gücündə deyil.

  5. Qiyamət günü odun qarşısının alınması üçün nə kafirlərdə, nə bütlərdə, nə də zalım qüvvələrdə güc var.