NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“De ki, sizi gecə və gündüz Rəhmanın əzabından kim qoruya bilər?! Amma onlar (yenə) Rəblərinin zikrindən üz döndərirlər.”
Bildirişlər
Hansısa güc insanı təhlükədən qoruya bilməz.
İnsan daim Allahın himayəsinə ehtiyaclıdır.
Vicdanlara müraciət müvəffəqiyyətli təbliğ üsullarındandır.
Allah daim (kafirlər də daxil olmaqla) hamını hifz edir.
Bizim hərəkətlərimiz hətta rəhmət qaynağını da qəzəbə gətirir. (Allah Öz mərhəməti əsasında hifz edir.)
Mühafizə Allahın rübubiyyət şənindəndir.
İnsanlar Allah zikrindən üz çevirdikdə, Allah da onlardan üz çevirir.
İnsan öz gerçək tərbiyəçini yada salmalıdır. Belə etmədiyi halda məzəmmətə layiqdir.