Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 42-ci Ayə

Surə 21
Ayə 42

Azərbaycan dilində tərcümə

De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə və gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.
Əl-Ənbiya surəsi , 42-ci ayə
Əl-Ənbiya surəsi 42-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 42-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 42

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“De ki, sizi gecə və gündüz Rəhmanın əzabından kim qoruya bilər?! Amma onlar (yenə) Rəblərinin zikrindən üz döndərirlər.”

Bildirişlər

  1. Hansısa güc insanı təhlükədən qoruya bilməz.

  2. İnsan daim Allahın himayəsinə ehtiyaclıdır.

  3. Vicdanlara müraciət müvəffəqiyyətli təbliğ üsullarındandır.

  4. Allah daim (kafirlər də daxil olmaqla) hamını hifz edir.

  5. Bizim hərəkətlərimiz hətta rəhmət qaynağını da qəzəbə gətirir. (Allah Öz mərhəməti əsasında hifz edir.)

  6. Mühafizə Allahın rübubiyyət şənindəndir.

  7. İnsanlar Allah zikrindən üz çevirdikdə, Allah da onlardan üz çevirir.

  8. İnsan öz gerçək tərbiyəçini yada salmalıdır. Belə etmədiyi halda məzəmmətə layiqdir.