Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 57-ci Ayə

Surə 21
Ayə 57

Azərbaycan dilində tərcümə

(İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam.»
Əl-Ənbiya surəsi , 57-ci ayə
Əl-Ənbiya surəsi 57-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 57-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 57

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“And olsun Allaha ki, siz olmayan vaxt bütləriniz üçün plan cızacağam.”

Bildirişlər

  1. Məqsədə inam, yolun doğruluğuna əminlik insana güc verir.

  2. Böyük işlərin həyata keçməsi üçün böyük planlara ehtiyac var. Ayədəki “əkidənnə” sözü tədbir və plan mənasını bildirir.

  3. Qətiyyət yetərli rəhbərlik üçün bir şərtdir. “Təllah” sözü ilə and “vəllah” sözü ilə anddan daha ifadəlidir.

  4. Peyğəmbərlər vəhy qaynağına bağlanmaqla təkbaşına plan cıza bilirlər.

  5. Həzrət İbrahim bütlərlə tam ciddi mübarizə aparırdı və sadəcə qorxutmaq məqsədi yox idi.

  6. Bütlərin çoxluğu İbrahimin qərarına mane olmadı.

  7. Bütpərəstlər olmayan yerdə bütlər bir baltanın qarşısında acizdirlər. Əslində bütlər bütpərəstləri yox, bütpərəstlər bütləri qoruyur!

  8. Böyük məqsədlərin həyata keçməsi üçün bəzən xalqın iştirakı, bəzən onun kənarda qalması şərtdir.

  9. Büt varsa, bütpərəstlik də olasıdır. Bütləri məhv etmək zəruridir.