NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Sonra başlarını aşağı saldılar. (Peşmanlıqla dedilər: «Ey İbrahim!) Doğrudan da, sən özün bilirsən ki, bunlar danışan deyillər.»”
Bildirişlər
Vicdanın oyanışı, insanın özünə gəlməsi, fitrətə diqqət peyğəmbərlərin ümdə hədəflərindəndir.
Şirk insanın özünə biganəliyi, tövhid isə insanın özünü tapmasıdır.
Düşüncə oyandıqda hər bir günahkar günahı o birinin boynuna atır.
Tarix, fitrət və vicdan həqiqəti işıqlandıran amillərdəndir. Dünənədək İbrahimi zalım sayanlar bu gün vicdanlarına müraciət etməklə özlərini zalım bilirlər.