NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Biz ona (İbrahimə) İshaq və Yaqubu əlavə nemət olaraq verdik və hamısını salehlərdən etdik.”
Bildirişlər
Allah Öz övliyalarını tənha qoymur.
Alov dağından, düşmən dəryasından qorxmayan kəs mübarək məntəqəyə çatasıdır.
İlahi qurtuluş insanın səy və hicrətindən asılıdır.
Nəvələr Allahın hədiyyəsidir. (Yaqub İbrahimin nəvəsi idi.)
Yer üzünün ayrı-ayrı məntəqələri bir-birindən fərqlənir. Bəzən bir məntəqə hamı üçün bərəkətli olur.
Bərəkət Allahın əlindədir.
İman və saleh əməl insanın özündən əlavə onun nəslinə də təsir göstərir.
Mübarək fərdlər və nəsillər mübarək məntəqələrdə məskunlaşmalıdırlar.
Övlad Allahın ətasıdır. Amma övladın varlığından da mühümü onun saleh olmasıdır.
Rəhbərlik və peyğəmbərlik üçün əsas şərt salehlikdir.