Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 73-cü Ayə

Surə 21
Ayə 73

Azərbaycan dilində tərcümə

Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
Əl-Ənbiya surəsi , 73-cü ayə
Əl-Ənbiya surəsi 73-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 73-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 73

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Onları Bizim göstərişimizlə (xalqı) hidayət edən rəhbərlər qərar verdik. Onlara yaxşı işlər görməyi, namazın bərpasını və zəkat ödəməyi vəhy etdik. Onlar yalnız Bizim abidlərimiz idilər.”

Bildirişlər

  1. İmamət də nübuvvət kimi Allahın seçimi ilə müəyyənləşməlidir.

  2. Böyük peyğəmbərlər risalət məqamından əlavə, cəmiyyətə imamət və rəhbərlik məqamını da öhdəyə götürmüşlər.

  3. Zor və quldurluqla əldə olunmuş imamət və rəhbərlik cəhənnəmə dəvətdir. Allah tərəfindən müəyyənləşmiş imamət isə mübarək və haqq yolda olasıdır.

  4. Peyğəmbərlərin dəvəti şəxsi istəklərinə yox, Allahın əmrinə əsaslanır.

  5. Xeyir işlərə diqqət Allahın xüsusi lütflərindəndir.

  6. Xeyir işlər arasında namaz və zəkatın xüsusi yeri var.

  7. Namaz və zəkat bütün səmavi dinlərin iki mühüm əsasıdır.

  8. Namaz və zəkatsız Allaha bəndəlik dərəcəsinə çatmaq mümkünsüzdür.

  9. İlahi rəhbərlər Allahın xalis bəndələridir.

  10. İlahi nemətlər bizə Allaha bəndəliyi unutdurmasın. (Peyğəmbərlər rəhbərlik məqamına nail olsalar da, bəndəlik məqamında qalmışlar.)

  11. Din siyasətdən ayrı deyil.

  12. Rəhbər dəvət etdiyi həqiqətin daşıyıcısı olmalıdır.