Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 77-ci Ayə

Surə 21
Ayə 77

Azərbaycan dilində tərcümə

Biz nişanələrimizi təkzib və inkar edən qövmdən (nicat verməklə) ona kömək etdik. Onlar doğrudan da pis işlər görən bir tayfa idilər. Buna görə də onların hamısını suda batırdıq.
Əl-Ənbiya surəsi , 77-ci ayə
Əl-Ənbiya surəsi 77-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 77-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 77

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Ayələrimizi təkzib edən qövmə qarşı ona yardım göstərdik. Həqiqətən, onlar pis bir qövm idi. Onların hamısını qərq etdik.”

Bildirişlər

  1. Başqa qövmlərin tarixini öyrənmək, onların bəla və çətinliklərindən xəbər tutmaq insanı səbirli edir.

  2. Peyğəmbərlərin duası qəbuldur. (Tarixi gedişatda duanın rolu var.)

  3. Əgər günahkar cəmiyyəti dəyişməyə gücünüz yoxsa, özünüzü xilas etmək barədə düşünün.

  4. Küframiz cəmiyyətdə yaşamaq çox böyük bəladır.

  5. Sonda haqq əhli qalib, batil əhli məğlubdur.

  6. Bəlalar insanların öz düşüncə və əməllərinin əks-sədasıdır.