Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 8-ci Ayə

Surə 21
Ayə 8

Azərbaycan dilində tərcümə

Biz həmin peyğəmbərləri yemək yeməyən (həzm orqanı olmayan) bədənlər yaratmadıq və onlar əbədi də olmayıblar (ki ölməsinlər).
Əl-Ənbiya surəsi , 8-ci ayə
Əl-Ənbiya surəsi 8-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 8-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 8

MÖHSÜN QƏRAƏTİ
05.05.2026

“Biz onları yemək yeməyən cisimlər yaratmadıq. Onlar əbədi deyildilər.”

Nöqtələr

Rəhbərin müvəffəqiyyət rəmzlərindən biri budur ki, o, “rəftarlarından ibrət götürülsün” deyə insanlar arasında və insanlar kimi olsun.

Bildirişlər

  1. Peyğəmbərlər maddi və insani ehtiyaclar baxımından başqalarından fərqlənmirlər.

  2. Peyğəmbərlərin mələk olması istəyi yersiz istəkdir.

  3. Yemək və ailə həyatından uzaqlıq Allah və ilahi dinlərin tələbi deyil.

  4. Ölüm hamını əhatə edir, hətta peyğəmbərlər də əbədi deyil.