NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Süleymana əmri ilə bərəkət verdiyimiz yerə doğru əsən şiddətli küləyi ram etdik. Biz hər şeydən agahıq.”
Bildirişlər
İxtiralar Allahın insana ilhamıdır.
Həzrət Davud zireh düzəltmə sənətinin banisidir.
Peyğəmbərlər də iş və sənət əhli olmuşlar.
Peyğəmbərlər xalqı təbii və adi yollarla hifz edirdilər.
Sənət zalım hakimlərə yox, xalqa xidmət etməlidir.
Müdafiə xarakterli hazırlıq zəruri işdir.
Əmin-amanlıq şükür olunası nemətdir. (Əmin-amanlıq sənət sayəsində təmin olunur.)
Hər bir ixtira və sənaye nemətinə görə Allaha təşəkkür edilməlidir.
Allahın övliyaları Allahın izni ilə təbiətin işlərinə qatıla bilərlər.
Küləklərin də şüuru var. Onlar Allahın və övliyaların əmrini anlayıb icra edirlər.