Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 84-cü Ayə

Surə 21
Ayə 84

Azərbaycan dilində tərcümə

Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik.
Tam Surə

Əl-Ənbiya surəsi 84-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 84

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Onun duasını qəbul etdik, düşdüyü çətinlikdən çıxardıq, ailəsini yanına qaytardıq. Ona rəhmət, ibadət edənlərə öyüd-nəsihət olsun deyə, onlar kimisini də əlavə əta etdik.”

Bildirişlər

  1. Böyük şəxsiyyətlərin xatırlanması və onların tarixinə baxış təskinlik, səbir, hidayət üçün ən üstün vasitədir.

  2. Peyğəmbərlər də adi insanlar kimi maddi həyatda müxtəlif çətinliklərə və xəstəliklərə düçar olmuşlar.

  3. Çətinliklər zahirən zərərli görünsə də, çox vaxt batini bir lütf, ilahi rəhmət olur.

  4. Bəlalar bəzən cəza yox, sınaq xarakterli olur və insanın dərəcəsini yüksəldir.

  5. Peyğəmbərlər ədəb nümunələridir. Həzrət Əyyub demədi ki, Pərvərdigara, zərəri məndən uzaqlaşdır.” Onun duasından anlaşıldı ki, “Pərvərdigara, Sən özün yaxşı bilirsən.”

  6. Dua zamanı Allahı öz ehtiyacımıza uyğun adı ilə çağıraq.

  7. Peyğəmbərlərin duası qəbuldur.

  8. Allah insana onun duasından artıq lütf edir. (Həzrət Əyyub zərərin ondan uzaqlaşdırılmasını istəyirdi. Amma Allah əlavə olaraq ona ailəsini qaytardı)

  9. Övlad Allahın lütf və rəhmətidir.

  10. Allah həm səxavət, həm də böyüklük göstərir.

  11. Dua ilə ilahi rəhmətin nazil olması arasında xüsusi bir rabitə var.

  12. Peyğəmbərlərin də duası şəxsi ləyaqətlərinə görə yox, ilahi fəzl və rəhmətə görə qəbul olunur.

  13. Bəla müxtəlif məqsədlərlə nazil ola bilər: Bəzən sınaq üçün, bəzən əqli və elmi təkamül üçün, bəzən başqalarının ibrət götürməsi üçün.

  14. İbadət nəsihətin qəbulu üçün zəmindir.

  15. Bütün insanların, hətta abidlərin xatırlatmaya ehtiyacı var.