Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 9-cu Ayə

Surə 21
Ayə 9

Azərbaycan dilində tərcümə

Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik.
Əl-Ənbiya surəsi , 9-cu ayə
Əl-Ənbiya surəsi 9-cu ayə
Tam Surə

Əl-Ənbiya surəsi 9-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 9

MÖHSÜN QƏRAƏTİ
05.05.2026

“Sonra Biz onlara verdiyimiz vədə vəfa qıldıq. Onlara və istədiyimiz hər kəsə nicat verib, israfçıları həlak etdik.”

Nöqtələr

Bu ayə ilə Peyğəmbərə (s) təsəlli verilir. Bildirilir ki, Biz möminlərə verdiyimiz vədə vəfa qılırıq.

Bildirişlər

  1. Allahın peyğəmbərlərə verdiyi qələbə vədi qətidir.

  2. Allah peyğəmbərlərə nicat verəcəyini və müxalifləri məhv edəcəyini onlara vəd etmişdir.

  3. İlahi cəzalar öz əməllərimizin nəticəsidir.

  4. İsraf məhvə zəmin yaradır. Bütün israfçıların sonu puçdur.