Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 90-cu Ayə

Surə 21
Ayə 90

Azərbaycan dilində tərcümə

Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.
Əl-Ənbiya surəsi , 90-cu ayə
Əl-Ənbiya surəsi 90-cu ayə
Tam Surə

Əl-Ənbiya surəsi 90-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 90

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Onun duasını qəbul etdik və Yəhyanı ona bağışladıq. Zövcəsini onun üçün ləyaqətə çatdırdıq. Həqiqətən, onlar yaxşı işlərə tələsdilər, bizi ümid və qorxu ilə çağırdılar, hüzurumuzda müti dayandılar.”

Bildirişlər

  1. Heç vaxt Allahın mərhəmətindən ümidimizi üzməyək. (Allah hətta Zəkəriyya kimi qocaya sonsuz zövcədən övlad əta edir.)

  2. Duada “Rəbb” sözü ilə müraciət və onun təkrarı istəkləri qəbula yaxınlaşdırır.

  3. Dua zamanı Allahı bizim istəyimizə uyğun gələn sifəti ilə yada salaq.

  4. Allahın varislərin ən xeyirlisi olmasına iman övlad məhəbbəti və Allahdan övlad istəyi kimi təbii meyllərlə zidd deyil.

  5. Peyğəmbərlərin duası qəbuldur.

  6. Övlad Allahın ətasıdır.

  7. Allahın Öz övliyalarına xüsusi diqqəti var.

  8. Allah hər şeyə qadirdir, O, sonsuz qadını ana edə bilər.

  9. İnsan dua vasitəsi ilə sonsuzluğu aradan qaldıra bilər.

  10. Kamil səadət o zaman əldə olunur ki, bütün ailə üzvləri xeyir işlərin yerinə yetirilməsində bir-birləri ilə həmfikir olsunlar.

  11. İşlərə dəyər verən onların sürət və şadlıqla yerinə yetirilməsidir.

  12. Ümid və qorxu hətta peyğəmbərlər üçün də dəyərli olan iki ünsürdür.

  13. Allaha qorxu və ümid halında dua etmək lazımdır.

  14. Allahın övliyaları yalnız Onun qarşısında baş əyirlər.

  15. Kamilliklər davamlı olduqda dəyər sayılır.

  16. Xeyir işə tələsmək, ümid və qorxu halında dua etmək duanın qəbuluna təsir göstərir.