Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 93-cü Ayə

Surə 21
Ayə 93

Azərbaycan dilində tərcümə

Lakin onlar öz (din və şəriət) işlərini öz aralarında parça-parça etdilər (hər bir dəstə onun bir parçasını bidətlərlə qarışdıraraq özü üçün din etdi və bütpərəst, yəhudi, xaçpərəst, zərdüşt, sabii və digər dinlərə bölündü). (Nəhayət sabah, Qiyamət günü) hamılıqla Bizə tərəf qayıdacaqlar.
Əl-Ənbiya surəsi , 93-cü ayə
Əl-Ənbiya surəsi 93-cü ayə
Tam Surə

Əl-Ənbiya surəsi 93-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 93

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“(Təfriqədən çəkinin; amma) onlar öz aralarında işi təfriqəyə aparıb çıxardılar. (Bilsinlər ki, nəhayət) hamı Bizə doğru qayıdar.”

Bildirişlər

  1. Bütün ilahi dinlərin məqsədi birdir.

  2. Tövhid və vəhdət ilahi dinlərin əsas işidir.

  3. Rübubiyyət pərəstiş tələb edir.

  4. İlahi dinlərlə və İslam dinində təfriqəni törədən insanların özləridir.

  5. Təfriqəçilər Allahın hüzurunda cavab verməyə hazırlaşmalıdırlar.