NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“(Qiyamətin bərpası ilə bağlı) Haqq vəd yaxınlaşdı. Həmin vaxt kafirlərin gözü (dəhşətdən) bərələ qaldı. (Özləri özlərinə deyərlər:) «Vay olsun bizə! Doğrudan da, biz bu gündən xəbərsiz idik, bəli, biz zülmkar olmuşuq.”**
Bildirişlər
Fitnəkarların hücumu yer üzündə həyatın başa çatdığını göstərir.
Qiyamətin bərpası labüddür.
Qiyamət və onun hadisələri qəfil meydana çıxasıdır.
Qiyamət heyrət günüdür.
Qiyamət vicdanların oyanış və təəssüf günüdür.
Qiyamətdən xəbərsizlik küfr və kafirlərin bariz nişanələrindəndir.
Bütün azğınlıqların və bədbəxtçiliklərin kökü qəflətdir.
Qiyamətdən qəflət insanın özünə və ətrafındakılara zülm üçün səbəbdir.
Qiyamət peşmançılıq və etiraf günüdür.