Əsas məzmuna keç

Əl-Fəth surəsi - 11-cü Ayə

Surə 48
Ayə 11

Azərbaycan dilində tərcümə

Tezliklə bədəvi ərəblərdən (Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə) qalanlar sənə deyəcəklər: «Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi. Odur ki, bizim üçün (Allahdan) bağışlanmaq dilə.» Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De: «Əgər Allah sizə bir zərər və ya xeyir (vermək) istəsə Allahın qarşısında kim bir şeyə malikdir (və Onun istəyinin qarşısını ala bilər)?» Əksinə, Allah etdiklərinizdən həmişə (əzəldən) xəbərdardır.
Tam Surə

Əl-Fəth surəsi 11-cü Ayəsinin Təfsirləri

📖

Təfsir tapılmadı

Bu ayə üçün hələ təfsir əlavə edilməyib. İlk təfsiri siz yaza bilərsiniz.