Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 1-ci Ayə

Surə 22
Ayə 1

Azərbaycan dilində tərcümə

Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən qiyamətin (Surun birinci dəfə çalınmasından qabaq baş verəcək) zəlzələsi çox böyük bir şeydir.
Tam Surə

Əl-Həcc ‏ surəsi 1-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 1

MÖHSÜN QƏRAƏTİ
24.05.2026

“Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, Qiyamət zəlzələsi böyük və hönlük bir hadisədir.”

Nöqtələr

Rəvayətlərdə oxuyuruq: “Hicri 6-cı il, şəban ayında müsəlmanlar “Bəni-Müstələq” döyüşündə hərəkətdə ikən “Həcc” surəsinin birinci və ikinci ayələri nazil oldu. Həzrət Peyğəmbər (s) dayanmaq göstərişi verdi. Müsəlmanlar dayandılar. Həzrət həmin bu iki ayəni tilavət etdi. Peyğəmbərin (s) bəzi yoldaşları həmin gecəni ağlamaqla keçirdilər. Allahın rəsulu (s) dünyadan bezmiş bu insanları öz müjdələri ilə sakitləşdirdi.

Bildirişlər

  1. Quran bütünlüklə insanlara ünvanlanmışdır.

  2. Qəflətdə olanlarla açıq-aydın danışmaq, onlara xəbərdarlıq etmək lazımdır.

  3. Qiyamət təhlükələrindən qurtuluş yolu təqvadır.

  4. Qiyamətin yada salınması təqva yaranmasına səbəb olur.

  5. Varlıqda hər nə varsa kiçik, Qiyamət zəlzələsi isə böyükdür.

  6. Aləmin Rəbbi və sahibi olan Allahdan qorxaq.

  7. Varlıq aləmində mövcud olan nizam bir zəlzələ ilə dağılıb gedəsidir.