Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 14-cü Ayə

Surə 22
Ayə 14

Azərbaycan dilində tərcümə

Həqiqətən Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Əlbəttə, Allah qəti istədiyini yerinə yetirər.
Əl-Həcc ‏ surəsi , 14-cü ayə
Əl-Həcc ‏ surəsi 14-cü ayə
Tam Surə

Əl-Həcc ‏ surəsi 14-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 14

MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“Həqiqətən, Allah iman və saleh əməl əhlini ağacları altdan çaylar axan bağlara daxil edər. (Bəli,) Allah istədiyini edər.”

Bildirişlər

  1. Haqq vədlərə iman və ümid ondan qeyrilərini boşlamaq üçün ən böyük amildir.

  2. Əməllə müşayiət olunan iman qurtuluş açarıdır. Nə iman, nə də əməl təklikdə səmərə verir.

  3. İlahi nemətlərin çeşidliliyi behişt əhlinin daha çox kam alması üçündür.

  4. Allah bəşəriyyətin meyillərinə əsasən mükafatlandırır. (İnsan bağ və çaydan ləzzət aldığı üçün behiştdə də bağlar və çaylar qərar verilmişdir.)

  5. Allah mütləq qüdrət sahibidir, heç bir işin icrasında çıxılmaz vəziyyətə düşmür. (Məhz bu qüdrət Onun vədlərinə əməl edəcəyinə zəmanət səbəbidir.)